(Ey Peyğəmbər!) Əgər səni yalançı sayırlarsa (kədərlənmə), çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərlər də yalançı sayılmışdılar.
(Ali İmran surəsi, 184)
Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
(Nisa surəsi, 163)
Rəbbin göylərdə və yerdə olanları da çox yaxşı tanıyır. Şübhəsiz, Biz peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik. Davuda da Zəburu verdik.
(İsra surəsi, 55)
Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh bəndələrim varis olacaqdır!” - deyə yazmışdıq.
(Ənbiya surəsi, 105
)