Bütün işlər sonunda Ona dönür MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Bütün işlər sonunda Ona dönür" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O gün gediləcək yer yalnız Rəbbinin hüzurudur. (Qiyamət surəsi, 12)📋
- Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə birlikdə gəlməsini və işin bitirilməsinimi (məhv edilmələrinimi) gözləyirlər? (Bütün) işlər Allaha qaytarılacaqdır. (Bəqərə surəsi, 210)📋
- Kim yaxşı əməl sahibi olaraq özünü Allaha təslim edərsə, həqiqətən, o, ən möhkəm qulpa yapışmış olar. Bütün işlərin axırı Allaha qayıdar. (Loğman surəsi, 22)📋
- Sonra (insanlar) həqiqi sahibləri olan Allahın hüzuruna qaytarılacaqlar. Bilin ki, hökm Onundur və O, ən sürətli haqq-hesaba çəkəndir. (Ənam surəsi, 62)📋
- Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər Ona qaytarılacaqdır. Elə isə, yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et! Rəbbin sizin etdiklərinizdən qafil deyildir. (Hud surəsi, 123)📋
- Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur və (bütün) işlər Allaha qaytarılacaqdır. (Ali İmran surəsi, 109)📋