Hökm və hikmət sahibidir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Hökm və hikmət sahibidir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Allah bunu sizin üçün yalnız müjdə olsun və qəlbiniz rahatlasın deyə etdi. Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır. (Ali İmran surəsi, 126)📋
- Ey Rəbbimiz! Onların içərisindən özlərinə Sənin ayələrini oxuyan, onlara kitabı və hikməti öyrədən və onları (günahlardan) təmizləyən bir elçi göndər! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən”. (Bəqərə surəsi, 129)📋
- Sizə açıq-aşkar dəlillər gəldikdən sonra əgər yenə haqq yoldan azsanız, bilin ki, Allah qüdrətlidir, hikmət sahibidir! (Bəqərə surəsi, 209)📋
- Həqiqətən, bu (İsa elçi haqqında söylədiklərimiz), əsil doğru xəbərdir. Allahdan başqa heç bir ilah yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir. (Ali İmran surəsi, 62)📋
- Kim bir günah qazanarsa, onu yalnız öz əleyhinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Nisa surəsi, 111)📋
- O, bəndələri üzərində tam hakimiyyət sahibidir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır. (Ənam surəsi, 18)📋
- Onlar görmədilərmi ki, Biz yer üzünə gəlib onu kənarlarından əskildirik? Allah (istədiyi kimi) hökm edər. Heç kim Onun hökmünü dəf edə bilməz. O, sürətli haqq-hesab çəkəndir. (Rad surəsi, 41)📋