Xoşniyyətli və bağışlayıcıdırlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Xoşniyyətli və bağışlayıcıdırlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Pisliyin cəzası misli ilə pislik etməkdir. Ancaq kim (pislik edəni) bağışlayar və barışarsa, onun mükafatı Allaha məxsusdur. Şübhəsiz ki, O, zalımları sevməz. (Şura surəsi, 40)📋
- Kim zülmə məruz qaldıqdan sonra qisas alarsa, artıq onlar cəzalandırılmazlar. (Şura surəsi, 41)📋
- Ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər cəzalandırılarlar. Onlar üçün acı bir əzab vardır. (Şura surəsi, 42)📋
- Heç şübhəsiz, kim səbir edər və bağışlayarsa, həqiqətən, bu məqsədəuyğun işlərdəndir. (Şura surəsi, 43)📋
- Göyləri, yeri və onların arasında olanları yalnız haqq ilə yaratdıq. Qiyamət də mütləq gələcəkdir. Ona görə də sən (onlarla hələlik) gözəl şəkildə rəftar et! (Hicr surəsi, 85)📋
- Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz çevir! (Əraf surəsi, 199)📋
- Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır). (Bəqərə surəsi, 263)📋
- Əgər yaxşı bir əməli açıqlasanız, yaxud gizlətsəniz və ya pis bir əməli əfv etsəniz, şübhəsiz ki, Allah da bağışlayandır, qüdrətlidir. (Nisa surəsi, 149)📋