Qiyamət gününün təsviri MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Qiyamət gününün təsviri" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Yer şiddətlə titrəyəcəyi zaman, (Zəlzələ surəsi, 1)📋
- Yer öz yükünü çıxardacağı zaman, (Zəlzələ surəsi, 2)📋
- Və insan: “Ona nə oldu?” - deyəcəyi zaman, (Zəlzələ surəsi, 3)📋
- O gün yer şahid olduğu hər şeyi xəbər verəcək. (Zəlzələ surəsi, 4)📋
- Çünki bunu ona Rəbbin vəhy etmişdir. (Zəlzələ surəsi, 5)📋
- Sura bir dəfə üfürüləcəyi zaman, (Haqqə surəsi, 13)📋
- Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman, (Haqqə surəsi, 14)📋
- Məhz o gün qiyamət qopacaqdır. (Haqqə surəsi, 15)📋
- Göy yarıldı və çatladı; artıq həmin gün o, “bükülüb-zəifləmişdir”. (Haqqə surəsi, 16)📋
- Sura üfürüləcəyi gün siz dəstə-dəstə (Allahın hüzuruna) gələcəksiniz. (Nəbə surəsi, 18)📋
- Göydə bir çox qapılar açılacaqdır. (Nəbə surəsi, 19)📋
- Dağlar hərəkətə gətiriləcək və ilğım kimi olacaqdır. (Nəbə surəsi, 20)📋
- Dağlar parçalanıb ovxalanaraq - (Vaqiə surəsi, 5)📋
- Səpələnmiş toz kimi olduğu zaman, (Vaqiə surəsi, 6)📋
- O gün göy əridilmiş metal kimi olacaq. (Məaric surəsi, 8)📋
- Dağlar da didilmiş rəngarəng yun kimi olacaq. (Məaric surəsi, 9)📋
- O gün Biz göyü yazılmış səhifənin büküldüyü kimi bükəcəyik. İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına salacağıq. Biz vədimizi mütləq yerinə yetirəcəyik. (Ənbiya surəsi, 104)📋
- (Ey elçi!) Səndən dağlar haqqında soruşurlar. De ki: “(Qiyamət qoparkən) Rəbbim onları ovxalayıb göyə sovuracaqdır. (Taha surəsi, 105)📋
- Beləcə, oranı dümdüz edəcəkdir. (Taha surəsi, 106)📋
- Orada nə bir eniş, nə də bir yoxuş görə bilərsən”. (Taha surəsi, 107)📋