""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar: “Ona (elçiyə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” - dedilər. De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir”. Lakin onların çoxu bilməz.
(Ənam surəsi, 37)📋
- Cahillər isə: “Allah bizimlə danışmalı, yaxud bizə bir ayə gəlməli deyildimi?” - dedilər. Onlardan əvvəlkilər də onların sözlərinə bənzər şeylər demişdilər. Onların qəlbi bir-birinə bənzəyir. Yəqinliklə iman edən kimsələrə ayələri (dəlilləri) açıq-aydın bəyan etmişik.
(Bəqərə surəsi, 118)📋
- Ona qızıl bilərziklər verilməli, yaxud onunla birlikdə köməkçi mələklər gəlməli deyildimi?!”
(Zuxruf surəsi, 53)📋
- Həqiqətən, Biz bu Quranda insanlar üçün bir çox məsəl çəkib müxtəlif şəkildə bəyan etdik. Lakin insanların çoxu küfrü seçdi.
(İsra surəsi, 89)📋
- Onlar dedilər ki: “Bizim üçün yerdən bir bulaq çıxarmayınca sənə iman etməyəcəyik;
(İsra surəsi, 90)📋
- Yaxud sənin xurma və üzüm bağın olmalı, onların arasında şırıl-şırıl çaylar axıtmalısan.
(İsra surəsi, 91)📋
- Yaxud iddia etdiyin kimi, göyü üstümüzə parça-parça edib yağdırmalı və ya Allahı və mələkləri qarşımıza gətirməlisən.
(İsra surəsi, 92)📋
- Yaxud da sənin qızıldan bir evin olmalı, ya da sən göyə qalxmalısan! (Yoxsa sənə inanmarıq.) Bizə oxuyacağımız bir kitab endirmədiyin müddətcə göyə qalxdığına da əsla inanmarıq”. De ki: “Rəbbim pak və müqəddəsdir! Mən yalnız elçi olaraq göndərilən bir insanam”.
(İsra surəsi, 93)📋
- Bizimlə qarşılaşmağı (hüzurumuza gələcəklərini) ummayanlar: “Bizə ya mələklər endirilməli, ya da biz Rəbbimizi görməli deyildikmi?” - dedilər. Şübhəsiz ki, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlıqda həddi aşdılar.
(Furqan surəsi, 21)📋
- Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi.
(Ənam surəsi, 8)📋
- Onlar: “Ona (Məhəmmədə) Rəbbindən bir möcüzə nazil edilməli deyildimi?!” - deyirlər. De ki: “Qeyb yalnız Allaha məxsusdur. Ona görə də gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyirəm”.
(Yunis surəsi, 20)📋
- Allaha qəlbən and içdilər ki, əgər onlara bir möcüzə gəlsə, ona mütləq inanacaqlar. De: “Möcüzələr ancaq Allahın dərgahındadır. Bəs, (möcüzə) gəlsə belə, yenə də iman etməyəcəklərini bilmirsinizmi?”
(Ənam surəsi, 109)📋