MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Yer şiddətlə titrəyəcəyi zaman,
(Zəlzələ surəsi, 1)📋
- Yer öz yükünü çıxardacağı zaman,
(Zəlzələ surəsi, 2)📋
- Və insan: “Ona nə oldu?” - deyəcəyi zaman,
(Zəlzələ surəsi, 3)📋
- O gün yer şahid olduğu hər şeyi xəbər verəcək.
(Zəlzələ surəsi, 4)📋
- Çünki bunu ona Rəbbin vəhy etmişdir.
(Zəlzələ surəsi, 5)📋
- Sura bir dəfə üfürüləcəyi zaman,
(Haqqə surəsi, 13)📋
- Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman,
(Haqqə surəsi, 14)📋
- Məhz o gün qiyamət qopacaqdır.
(Haqqə surəsi, 15)📋
- Göy yarıldı və çatladı; artıq həmin gün o, “bükülüb-zəifləmişdir”.
(Haqqə surəsi, 16)📋
- Sura üfürüləcəyi gün siz dəstə-dəstə (Allahın hüzuruna) gələcəksiniz.
(Nəbə surəsi, 18)📋
- Göydə bir çox qapılar açılacaqdır.
(Nəbə surəsi, 19)📋
- Dağlar hərəkətə gətiriləcək və ilğım kimi olacaqdır.
(Nəbə surəsi, 20)📋
- Dağlar parçalanıb ovxalanaraq -
(Vaqiə surəsi, 5)📋
- Səpələnmiş toz kimi olduğu zaman,
(Vaqiə surəsi, 6)📋
- O gün göy əridilmiş metal kimi olacaq.
(Məaric surəsi, 8)📋
- Dağlar da didilmiş rəngarəng yun kimi olacaq.
(Məaric surəsi, 9)📋
- O gün Biz göyü yazılmış səhifənin büküldüyü kimi bükəcəyik. İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına salacağıq. Biz vədimizi mütləq yerinə yetirəcəyik.
(Ənbiya surəsi, 104)📋
- (Ey elçi!) Səndən dağlar haqqında soruşurlar. De ki: “(Qiyamət qoparkən) Rəbbim onları ovxalayıb göyə sovuracaqdır.
(Taha surəsi, 105)📋
- Beləcə, oranı dümdüz edəcəkdir.
(Taha surəsi, 106)📋
- Orada nə bir eniş, nə də bir yoxuş görə bilərsən”.
(Taha surəsi, 107)📋